MOİK "Mingəçevir"ə qalib gəldi - VİDEO

11:27 - 18 Aprel 2024

Futbol üzrə Azərbaycan I Liqasında XXII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, MOİK öz meydanında "Mingəçevir"i qəbul edib. Qarşılaşma "hərbçilər"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 41-ə yüksəldən MOİK turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 22 xalı olan "Mingəçevir" isə 8-ci yerdədir.

MOİK - "Mingəçevir" 3:1
Qollar
: Sabir Allahquliyev, 73, Ramil Orucov, 88, Elşan Sabbaği, 90+4 - Aqil Nəsibov, 70

Xəbər xətti