Millimizin üzvü Macarıstan çempionu oldu

12:15 - 18 Aprel 2024

Qadın voleybolçulardan ibarət millimizin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.

Sportal.az xəbər verir ki, təcrübəli blokçumuzun komandası “Vasas” finaldakı rəqibi “KNRC” klubunu hər üç oyunda məğlub edib və qızıl medallara sahib çıxıb. Ayşən komandasına çempionluq gətirən son oyunda 12 xal (7 blok, 3 hücum, 2 ace) qazanıb.

Qeyd edək ki, Ayşən bu il həm də Macarıstan kubokunun qalibi olub.

Xəbər xətti