"Qalatasaray"ın futbolçusu üçün 20 milyon avroluq təklif

14:11 - 18 Aprel 2024

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Ayntraxt" 23 yaşlı vingerin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Frankfurt təmsilçisi türk futbolçu üçün "sarı-qırmızılar"a 20 milyon avroluq təklif göndərməyə hazırlaşır.

"Latsio", "Atalanta" və "Sassuolo"da Türkiyə millisinin üzvü ilə maraqlanır.

Qeyd edək ki, "!Qalatasaray" Barı Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Ön xətt oyunçusu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti