40 yaşlı futbolçu karyerasını başa vurur

14:58 - 18 Aprel 2024

“Ayntraxt”ın futbolçusu Makoto Hasebe gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 40 yaşlı müdafiəçi mövsümün sonunda peşəkar karyerasını başa vuracaq. Bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yaponiyalı arxa xətt oyunçusu hazırda Bundesliqanın ən yaşlı futbolçusudur. Makoto 2008-ci ildə Yaponiyanın "Urava Red Diamonds" klubundan Almaniyaya köçüb. O, "Volfsburq", "Nürnberq" və "Ayntraxt"da çıxış edib.

Xəbər xətti