"Neftçi" daha iki futbolçu transfer edəcək - hücumçu axtarışları davam edir

17:42 - 2 Sentyabr 2025

Arxada qalan 3 turda "Neftçi"nin Misli Premyer Liqasında işləri yaxşı getmir. "Şamaxı" və "İmişli" ilə heç-heçələrdən sonra "Turan Tovuz"a məğlubiyyət yaşanıb. 

"Neftçi" xal itkiləri ilə yekunlaşan oyunların hər birində rəqiblərindən üstün futbol sərgiləyib. Lakin hücum xəttindəki "dişsizlik" və qeyri-dəqiqliklər qənaətbəxş olmayan nəticələrə gətirib çıxarıb. 

Transfer çalışmalarındakı son durumu öyrənmək üçün klubun Media üzrə koordinatoru Rüstəm Əfsərliyə müraciət etdik. Sportal.az saytına açıqlama verən "Neftçi" rəsmisi iki mövqe üzrə oyunçu axtarışlarının davam etdiyini dedi:

"Bu il kifayət qədər məhsuldar transfer işləri aparmağımıza baxmayaraq, bu istiqamətdə çalışmalar hələ də davam edir. Baş məşqçinin istəyinə uyğun olaraq, heyətə daha iki futbolçu qatmaq niyyətindəyik. Orta xətdə bir yaradıcı futbolçu və bir hücumçu gətirməyi planlaşdırırıq. Samir Abasov bu iki mövqedə güclənməyi labüd bilib". 

Xəbər xətti