"Şəfa" bu gün çempion ola bilmədi

17:59 - 6 May 2026

Futbol üzrə Azərbaycan I Liqasında XXV turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

Lider "Şəfa" "Difai"yə qalib gəlsəydi, mövsümün bitməsinə iki tur qalmış çempionluğu təmin edəcəkdi. Lakin qarşılaşma qolsuz bərabərliklə başa çatıb. "Şəfa"nın ən yaxın izləyicisi "Səbail" isə "Zaqatala"ya qalib gəlib.

I Liqa, XXV tur
6 may

"Zaqatala" - "Səbail" 0:2
Qollar: 
A.Almeyda, 20, A.Almeyda, 34
Qırmızı vərəqə: İ.Qırtımov, 54 - R.Voronsov, 54, P.Rikardo, 81

"Şimal" - MOİK 1:1
Qollar: 
A.Qla, 40 - S.Fərəcov, 85

"Difai" - "Şəfa" 0:0

Xəbər xətti