Azərbaycanlı futbolçular Albaniyada qarşı-qarşıya, Əliyev fərqləndi - VİDEO

22:55 - 6 May 2026

Albaniyada Super Liqanın 35-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” ilə qarşılaşıb

Hər iki azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb. Vüsal fasilədə əvəzlənib. 90 dəqiqə meydanda olan Zamiq isə komandasının 2:0 hesablı qələbəsində pay sahibi olub. Belə ki, oyunda ilk qolu 17-ci dəqiqədə Zamiq vurub.

Qeyd edək ki, “Eqnatiya” 35 turdan sonra 57 xalla 3-cü, “Partizani” isə 45 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti