"Qalatasaray"dan Noa Lanq qərarı

19:23 - 6 May 2026

"Qalatasaray" "Napoli"dən icarəyə götürdüyü Noa Lanqla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi niderlandlı vingerin transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Türkiyə klubu Lanq üçün 30 milyon avroluq satınalma bəndini işə salmayacaq. 26 yaşlı futbolçu mövsüm başa çatdıqdan sonra müqavilə ilə məxsus olduğu "Napoli"yə qayıdacaq.

Qeyd edək ki, "Qalatasaray" Noa Lanqı bu ilin yanvarında icarəyə götürüb. Niderland millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meeydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti