“İnter” və Argentina milli komandasının hücumçusu Lautaro Martinez karyerasını Milan klubunda başa vurmaq istədiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, "Gazzetta dello Sport"a açıqlama verən argentinalı forvard "İnter"də özünü xoşbəxt hiss etdiyini və başqa klub haqqında düşünmədiyini etiraf edib:
"Karyeramı “İnter"də başa vurmaq istəyərdim. Burada çox xoşbəxtəm və başqa yerdə olmağı təsəvvür edə bilmirəm. Məni qovmasalar, həmişə burada qalacam!".
Lautaro 2018-ci ildən "İnter"də oynayır. Bu müddət ərzində o, klubla birlikdə İtaliya Çempionatını, İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanaraq komandanın liderlərindən birinə çevrilib.
28 yaşlı hücumçu 2018-ci ildə "Rasinq"dən(Avellaneda) "İnter"ə keçmişdi.
saytlarin hazirlanmasi
