"Qazandığımız titulları heç kim əlimizdən ala bilməz" - "Mançester Siti"nin sabiq kapitanı

22:28 - 7 Oktyabr 2026

“Mançester Siti”nin sabiq kapitanı Kayl Uoker kluba qarşı irəli sürülən ittihamlarla bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, sentyabrın sonunda “şəhərlilər”in Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamların, demək olar ki, hamısı üzrə təqsirli bilindiyi barədə məlumat yayılıb. 2023-cü ilin fevralında Premyer Liqa “Siti”ni 2009–2018-ci illər ərzində maliyyə qaydalarını 115 dəfə pozmaqda ittiham etmişdi. Daha sonra “The Times” qəzeti pozuntuların sayının 115 deyil, 130 olduğunu bildirdi. Premyer Liqa ittihamları ilk dəfə açıqlayarkən bəzi qaydalarla bağlı qarışıqlıq yaranmışdı.

Daha sonra liqa klubun bütün ittiham bəndləri üzrə təqsirli bilindiyini açıqladı. “Mançester Siti” qərardan apellyasiya şikayəti verib.

“Əlbəttə, vəziyyət heç də yaxşı görünmür. Hazırda apellyasiya prosesinin davam etdiyini bilirəm. Buna görə də hüquqi məsələlər və bununla bağlı digər məqamlar haqqında danışmağım, yəqin ki, düzgün olmaz. Bu, nə mənim, nə də prosesdə iştirak edən digər şəxslərin xeyrinə olar.

Amma şəxsən deyə bilərəm ki, komanda yoldaşlarımla birlikdə çox gözəl illər keçirdik, çoxlu titullar qazandıq və artıq bunu heç kim əlimizdən ala bilməz. Nə baş verməsindən asılı olmayaraq, həmin unudulmaz axşamları yaşadıq.

Ona görə də nə olacaqsa, olsun. İndi hər şey apellyasiyanın nəticəsindən və hadisələrin bundan sonra necə inkişaf edəcəyindən asılıdır”, – hazırda “Bernli”də çıxış edən Uoker bildirib.

Sağ cinah müdafiəçisi 2017–2025-ci illərdə “Mançester Siti”nin formasını geyinib və klubla birlikdə 17 titul qazanıb.

Xəbər xətti