Dünya çempionu Meksika klubuna keçdi

10:48 - 10 İyul 2025

"Atletiko" və Argentina millisinin üzvü Anxel Korrea Meksikada oynayacaq.

Sportal.az xəbər verir ki, 30 yaşlı vinger "Tiqres"lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Korrea ilə 5 illik müqavilə imzalanıb. "Tiqres" onun transferi üçün La Liqa təmsilçisinə 8 milyon avro təzminat ödəyəcək.

O, Argentina millisi ilə 2022-ci ildə dünya çempionatının qalibi olub.

Xəbər xətti