“Düzünü desəm, Çelyedə bu matç haqda çox da danışmır. Amma müzakirə edənlər düşünür ki, “Çelye” “Sabah”ı məğlub edəcək. Lakin insanlar anlayır ki, Bakıdakı ilk görüş çətin keçəcək”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Çelye”nin sabiq futbolçusu Yure Travner deyib.
2013-2015-ci illərdə “Bakı”nın formasını geyinmiş Travner Avropa Liqasının təsnifat mərhələsində qarşılaşacaq “Sabah” və “Çelye”nin şanslarından bəhs edib.
2004-2009-cu və 2015-2020-ci illərdə də “Çelye”də oynamış Travner onun üçün doğma olan şəhərin təmsilçisinin Bakıdakı görüşdə çətinlik çəkəcəyini deyib:
“Rieranın komandasının “Sabah”la görüşə hazır olduğunu düşünürəm. Sadəcə onlar 3-4 aparıcı futbolçularını itirdilər. Bu mənada, onlar üçün də çətin olacaq. Düzünü desəm, “Sabah” haqda çox da məlumatım yoxdur. Amma yaxşı komanda olduğunu bilirəm. Ötən mövsüm Azərbaycan kubokunu qazandıqlarından da xəbərdaram. Oyundan epizodlara da baxmışam. İstənilən halda, “Sabah” və “Çelye”nin şansları 50/50-dir”.
Qeyd edək ki, "Sabah" - "Çelye" görüşü bu gün keçiriləcək və oyuna 20:00-da start veriləcək.
saytlarin hazirlanmasi