“Osasuna” “Real”la hücumçu Viktor Munyosun transferi üzrə razılıq əldə edib.
Sportal.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib. Mənbənin məlumatına görə, Madrid klubu futbolçunu 6 milyon avroya satacaq və gələcək satışdan 50 faiz pay hüququnu özündə saxlayacaq.
2024/25 mövsümündə 21 yaşlı Munyos əsas komandada 4 oyunda iştirak edib, lakin məhsuldar göstərici ilə fərqlənməyib. “Kastilya”nın heyətində isə onun aktivində 34 oyun, 11 qol və 7 məhsuldar ötürmə var.
saytlarin hazirlanmasi