Premyer Liqa klubunun rəhbərliyində ŞOK İSTEFA! - SON DƏQİQƏ

20:58 - 10 İyul 2025

"Kəpəz"də aləm bir-birinə qarışıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, mayda yaradılan Müşahidə Şurasından (MŞ) qopmalar başlayıb.

Şura sədrinin idman məsələləri üzrə müşaviri Erkin İbrahimov artıq buradan ayrılıb.

Tanınmış futbol adamı öz istəyi ilə klubdakı fəaliyyətini dayandırıb.

MŞ-da yaşanan son hadisəni klubun yeni rəhbərliyinin öz aralarında yaranan fikir ayrılığı ilə əlaqələndirmək mümkündür.

Sədr Namiq Qədirov bugünlərdə qəfil toplantı keçirərək, hamının qanını qaraldıb.

"Kəpəz" gələn mövsüm Premyer Liqada 6-7-ci yerlər uğrunda mübarizə aparmalıdır. Bu tələb klubun Müşahidə Şurasının yeni sədri Namiq Qədirov tərəfindən səsləndirilib.

Xaricdə yaşayan iş adamı Azərbaycana gələrək, komandanın məşqçi heyəti ilə görüşüb.

Saytımız bu görüşlə bağlı heç də xoş olmayan informasiyalar toplayıb. Dəqiq bilirik ki, gəncəli azarkeşlər buna üzüləcək.

Amma neyləyək, biznesmen rəhbər klubun hərtərəfli inkişafına dəstək vermək niyyətindən uzaqdır və Gəncənin Ehtiram Quliyevinə çevrilmək istəmir.

Deməli, o, 9 aydan sonra geri qayıtmış Adil Şükürovun işindən narazılıq edib. Bildirib ki, maydan sonra xeyli sayda futbolçu düşərgədən uzaqlaşdırılsa da, yeni transfer bazarlığı lazımı səviyyədə aparılmır.

Sədr bu istiqamətdə çalışmaların ləng getməsindən şikayətlənib, danışıqlar gedən yerli və xarici oyunçuların heyəti gücləndirməsinə şübhəylə yanaşıb.

"Məni burada yalnız əsas komanda maraqlandırır. Birmənalı şəkildə nəticə istəyirəm.

Turnir cədvəlinin orta sıralarından birini tutmalıyıq, aşağı yerə düşməməliyik. Transferləri tez etməliyik, gecikirik.

Mən narahatam. Klubda başqa sahələrə vəsait ayırmayacam.

Heç kim mənə yaxınlaşıb, "ora pul lazımdır, bura pul lazımdır" deməsin. Pul verən deyiləm".

Xəbər xətti