Millimizin qapıçısı: "Hədəf UEFA Çempionlar Liqasında yaxşı nəticələr qazanmaqdır"

16:13 - 10 İyul 2025

"Kapitan olaraq məsuliyyətimizi, bizdən gözləntiləri anlayırıq. "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında yer aldığı F qrupunun favoritidir".

Sportal.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisi və "Araz-Naxçıvan"ın qapıçısı Emin Kürdpv deyib deyib.

Geridə qalan mövsümü dəyərləndirən kapitan UEFA Çempionlar Liqasının püşkü haqda danışıb: “Çətin bir mövsüm keçirdik. Maraqlı görüşlər oldu. Çempion olmaq tapşırığını yerinə yetirdik və buna görə şadam. Əlbəttə, asan olmadı, yenildiyimiz, heç-heçə etdiyimiz matçlar oldu. İndi hədəf UEFA Çempionlar Liqasında yaxşı nəticələr qazanmaqdır. Artıq püşk atılıb. Qrupumuzun ən reytinqli komandasıyıq. Yəni kağız üzərində favorit “Araz-Naxçıvan”dır. İndi biz bunu meydanda da sübut etməliyik. İyulun sonlarında hazırlığa başlayacağıq. Yaxşı toplanış keçib məqsədə doğru yola çıxacağıq".

Kürdov rəqibləri haqda məlumatlı olduqlarını diqqətə çatdırıb: "Rəqiblərimiz arasında tanış olanı var. “Sparta” ilə ötən mövsümdə də qarşılaşmışdıq və 7:1 hesabı ilə qələbə qazanmışdıq. Şotlandiya və Avstriya çempionları bizim üçün müəmmalıdır. Oyunlara qədər məşqçilər korpusu lazım olan məlumatı toplayacaq və necə oynamalı olduğumuzu bildirəcəklər. İstənilən halda, məqsəd dəyişməyir: əsas mərhələyə vəsiqə qazanmaq. Buna nail olmaq, “Araz-Naxçıvan”ın əvvəlki əzəmətini qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Heyətimiz də gücləndirilir. Yeni transferlərimiz hazırlığın ilk günündən komandaya qoşulacaqlar”.

Qolkiper komandası ilə yeni müqavilə bağladığını söyləyib: "Karyeram baxımından da qarşıdakı 3 matç çox vacibdir. Çünki çempionluğa gedən yolda komandama bacardığım qədər kömək edə bildim. Bunu məşqçilərimiz də hər dəfə qeyd edirdilər. İndi beynəlxalq arenada bunun davamını gətirməliyik. “Araz-Naxçıvan”la başa çatan müqaviləni yenilədik. Daha bir il ölkə çempionunun heyətində yer alacağam. Bu imkanı yaratdığına görə klub rəhbərliyinə təşəkkür edirəm, etimadı doğrultmağa çalışacağam".

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu "Araz-Naxçıvan" Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.

Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.

Xəbər xətti