"Nottingem Forest"in futbolçusu Morqan Gibbs-Uayt Premyer Liqada klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, "Tottenhem" ingiltərəli hücumameyilli yarımmüdafiəçinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London klubu Gibbs-Uayt üçün onun klubuna 60 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəyəcək. 25 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra "Tottenhem"lə müqavilə imzalayacaq.
Qeyd edək ki, "Nottingem Forest" Morqan Gibbs-Uaytı 2022-ci ilin yayında "Vulverhempton"dan transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi amtçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi