İbrahima Konate Madrid "Real"ına transfer oluna bilər.
Sportal.az xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, müdafiəçi “Liverpul”la müqaviləsini uzatmağı planlaşdırmır və yalnız “Real”a keçidə fokuslanıb. Bu barədə bütün tərəflər məlumatlıdır.
Fransalı futbolçunu 2026-cı ildə kompensasiya almadan itirməmək üçün mersisaydlılar onu bu yay satmağı düşünür və artıq uyğun variantlar axtarırlar. İngiltərə çempionları 26 yaşlı futbolçu üçün azı 50 milyon avro qazanmağı hədəfləyir.
Konate “Real”ın transfer siyahısında ön sıradadır, lakin Madrid klubu “Liverpul”un istədiyi məbləği ödəmək fikrində deyil. Onlar müdafiəçini azad agent kimi transfer etməyə üstünlük verirlər, lakin bu yay transferi də istisna olunmur.
saytlarin hazirlanmasi