"Çelye"nin baş məşqçisi: "Meydanda baş verənlər bizim daha güclü olduğumuzu göstərirdi"

22:17 - 10 İyul 2025

"Sabah" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün Sloveniyanın "Çelye" klubu ilə üz-üzə gəlib. "Bank Respublika Arena"da baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Sportal.az xəbər verir ki, oyundan sonra "Çelye"nin baş məşqçisi Albert Riera jurnalistlərin suallarını cavablandırıb:

- İlk hissədə "Çelye" adaptasiya problemi yaşadı. Fasilədən sonra isə daha üstün tərəf oldunuz. Razısız? 

- Düşünürəm ki, bu cütün ilk oyunu olaraq, ən güclü komandası bizik. Rəqibin baş məşqçisi fikrimlə razılaşar, ya yox bilmirəm. Komandamda yorğunluq hiss edilirdi. Amma meydanda yalnız qələbə haqda düşünürdük. Matç 2:2 də bitə bilərdi. Meydanda baş verənlər bizim daha yaxşı, daha güclü olduğumuzu göstərirdi.

- Sabah"ın hər iki qolu fərdi səhvlər baş verdi... 

- Ola bilər ki, hansısa futbolçu fərdi səhvə yola verə bilər. Ulduz futbolçular da bunu edir. Zidan da topu itirib, mən də həmçinin. Əsas məsələ komandanın meydandakı ideoloji oyunudur. Komanda olaraq bunu etdik. Fərdi səhvləri isə aradan qaldırmağa çalışacağıq.

- İlk oyundan sonra cütün taleyini həll edilmiş hesab etmək olar?

- Əlbəttə ki, yox. Qarşıda bizi 90 dəqiqə gözləyir. İlk oyununu nəticəsi önəmli deyil. Sakitləşməliyik. Psixoloji olaraq, ikinci oyuna 0:0-dan başlayacağıq.

- Penaltilər seriyasına hazırlaşacaqsınız?

- Biz buna hazırıq. Futbolçularımızı hazırlamışıq. Amma indidən futbolçularımın beyninə bunun baş verəcəyini yeritmək istəmirəm. Olarsa, bunu yerinə yetirəcəyik.

- Buna qədər Azərbaycan futbolu haqda fikriniz necə idi və hansısa dəyişiklik oldu?

- Burada işləməmişəm. Ona görə də bu suala cavab vermək mənim üçün düzgün deyil.

- Sonda bir şeyi qeyd etmək istəyirəm. Geyimlərin rəngi haqda danışmaq istəyirəm. Hər iki klubun geyimləri tünd rəngdə idi. Futbolçularım meydanda çaşqınlıq yaşayırdılar. Qazaxıstandan olan baş hakimə dedim ki, narıncı formalarımız da var. Amma mənim işim deyil ki, hakimə bunu qeyd edim. Hakim öz işini yaxşı bilməlidir. Komandalar meydanda oxşar formada oynayırdı. Qazaxıstan və Azərbaycan arasında yaxınlıq var. Sloveniyada işləyirəm, Asvtriyadan olan hakimin oyunumuzu idarə etməsini istəməzdim.

Mirbağırağa

Xəbər xətti