Fransa millisinin müdafiəçisi "Əl-Hilal"da - RƏSMİ

20:24 - 10 İyul 2025

"Milan"ın müdafiəçisi Teo Ernandes Səudiyyə Ərəbistanına üz tutub.

Sportal.az xəbər verir ki,  "Əl-Hilal" fransalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ərəblər Teo üçün İtaliya klubuna 25 milyon avro təzminat ödəyəcək. 27 yaşlı  sol cinah müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Milan" Teo Ernandesi 2019-cu ilin yayında "Real"dan transfer etmişdi. Fransa millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti