"Mingəçevir"in baş məşqçisi postuna təyin olunan Ramiz Məmmədov klubun mətbuat xidmətinə açıqlama verib.
Sportal.az mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
"Klub rəhbərliyinə təşəkkür edirəm ki, etimad göstərərək dəvət göndərdilər. Onların bu güvənini doğrultmağa çalışacağıq. Mingəçevir mənim üçün doğma şəhərdir. Burada futbola başlamışam, oyunçu-məşqçi, kapitan olmuşam. Üstəlik, Mingəçevirdə iki dəfə final oynamışam. Elə bu gündən qollarımızı çırmayıb işə başlayırıq. İlk növbədə komanda yığmalıyıq. Hər mövqeyə - qapıdan tutmuş hücum xəttinə qədər - oyunçu alınmalıdır. Tanıdığım, təcrübəli və perspektivli futbolçuları dəvət etməyə çalışacağam. Məqsəd "Mingəçevir"i çempion etməkdir. İnşallah, yaxın günlərdə hazırlıq planı qurub hədəfə çatmaq üçün işə başlayacağıq. Bildiyimə görə, çempionat sentyabrda başlayacaq. Yəni vaxtımız var".
saytlarin hazirlanmasi