“Qalatasaray”ın futbolçusu Qabriel Sara karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “İnter” 26 yaşlı yarımmüdafiəçi üçün “Qalatasaray”la danışıqlaarı davam etdirir.
“Nerazzura” braziliyalıya lazım olan transfer məbləğini ödəməyə hazırdır. Sara özü də İtaliyaya yollanmağa hazırdır.
“Sao Paolo”, “Norviç” klublarında oynamış Qabriel 2024-cü ildən “Qalatasaray”da oynayır. Onun Türkiyə nəhəngi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi