"Qarabağ" hücumçusu ilə yollarını ayırdı - RƏSMİ

21:04 - 10 İyul 2025

"Qarabağ"ın futbolçusu Redon Cica “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.

Sportal.az xəbər verir ki, 26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.

Klub Redon Cicaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


Xəbər xətti