Konfrans Liqası: Arda Turanın komandası İngiltərə səfərində

10:34 - 7 May 2026

Bu gün UEFA Avropa Konfrans Liqasında da finalçıların adları məlum olacaq.

Sportal.az xəbər verir ki, yarımfinal mərhələsinin hər iki cavab oyunu eyni saatda başlanacaq.

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" İngiltərədə "Kristal Pelas"la üz-üzə gələcək. 

"Strasburq" isə "Rayo Valyekano" ilə qarşılaşacaq. 

Qeyd edək ki, turnirin finalı mayın 27-də Almaniyanın Leyptsiq şəhərində baş tutacaq.

UEFA Avropa Konfrans Liqası
Yarımfinal mərhələsi. Cavab oyunları

23:00 "Kristal Pelas" (İngiltərə) - "Şaxtyor" (Ukrayna)
ilk oyun - 3:1
23:00 "Strasburq" (Fransa) - "Rayo Valyekano" (İspaniya)
ilk oyun - 0:1

Xəbər xətti