"Sabah" Basketbol Klubu serb mütəxəssis Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Lazar Spasiç məşqçilik karyerasına 2013-cü ildə Serbiyanın “Mladost Zemun” klubunda köməkçi məşqçi kimi başlayıb. 2016-cı ildən baş məşqçi kimi çalışan Spasiç “Rtanj”, “Zdravlje Leskovac” və “Vrşac” komandalarına rəhbərlik edib.
Mütəxəssis 2024/2025 mövsümündə “Vrşac” klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son illərdəki ən uğurlu nəticələrindən birinə imza atıb. Lazar Spasiç son olaraq Almaniya Bundesliqasının təmsilçisi “EWE Baskets Oldenburg” klubunda baş məşqçi işləyib.
Spasiçin məşqçilər korpusuna Anatoliy Boisa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draskoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.
saytlarin hazirlanmasi
