Biro Jade Miltinyonun köməkçisi olacaq
 
Futzal üzrə milli komandamıza baş məşqçi təyin edilən Milton Ziller ölkəmizə tanış sima gətirə bilər. 
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, Miltinyo ləqəbli mütəxəssis milli komandamızın sabiq üzvü Biro Jadeyə ölkəmizdə işləmək təklif edib. Biro Jade Miltinyonun təklifini müsbət cavab verib və həmyerlisinin köməkçisi vəzifəsini yerinə yetirəcək.