Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinə ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin çıxış edəcəyi qrupun oyunları Bakıda keçiriləcək.

 
AÇ-2018-in seçmə matçları 2017-ci il aprelin 3-dən 12-dək davam edəcək. Əsas seçmə mərhələnin püşkü oktyabrın 21-də atılacaq.