"Araz" rəqibinə rəhm etmədi

00:03 - 15 Oktyabr 2016

Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsinin II qrupunda son oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Araz”  qrup mərhələsindəki son görüşündə Makedoniyanın “Zalezareç” klubu ilə qarşılaşıb. "Araz" 15:4 hesabı ilə qalib gəlib.

 

Bununla da təmsilçimiz qrupu 9 xalla 1-ci pillədə başa vurub.

 

Qeyd edək ki, "Araz" bundan əvvəlki görüşlərdə TDU və "Feniks"ə qalib gəlib.
 

Futzal üzrə UEFA kuboku
Əsas mərhələ, III qrup

 

17:30. "Araz" – "Zalezareç" - 15:4
Qollar:
Bolinya, 2 (1:0), Nikolovski, 5 (1:1), Bolinya, 6 (2:1), İsa Atayev, 11 (3:1), Bolinya 14 (4:1), 16 (5:1), 18 (6:1), Ramiz Çovdarov, 19 (7:1),  20 (8:1), Vaasoura, 23 (9:1), İsa Atayev, 26 (10:1), Xətai Bağırov, 27 (11:1), Stoymenov, 28 (11:2),  Lekik, 33 (11:3), Krstevski, 33 (11:4), Vassura, 35 (12:4), Bolinya, 36 (13:4), Xətai Bağırov, 38 (14:4), İsa Atayev, 39 (15:4)

Xəbər xətti