"Qarabağ"ın futbolçusu yeni mövsümə bu klubda başlaya bilər

14:18 - 12 Aprel 2024

"Zirə" transfer çalışmalarını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi “Qarabağ”dan icarəyə götürdüyü İsmayıl İbrahimlini komandada saxlamağı planlaşdırır.

Belə ki, “Zirə” yarımmüdafiəçinin icarə müddətini daha bir illik artırmaq istəyir.

Hazırda danışıqlar davam etdirilir. Millimizdə də oynamış İbrahimlinin yeni mövsümə də “Zirə”də başlayacağı gözlənilir.

Qeyd edək ki, İsmayıl mövsümün əvvəlindən icarə əsasında “Zirə”də oynayır.

Xəbər xətti