"Fənərbaxça"nın daha bir müdafiəçisi üçün mövsüm erkən bitə bilər

12:18 - 13 Aprel 2024

"Fənərbaxça"nın heyətində daha bir ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Rodriqo Bekan sıradan çıxıb. 28 yaşlı futbolçu Konfrans Liqası 1/4 final mərhələsinin "Olimpiakos"la ilk matçında (2:3) zədələnib.

Braziliyalı mərkəz müdafiəçisi MRT müayinəsindən keçəcək. Onun mövsümü erkən bitirmək ehtimalı var.

"Olimpiakos"la görüşdə zədələnən "Fənərbaxça"nın digər müdafiəçisi Ceyden Ostervolde üçün də 2023/2024 mövsümü erkən bitib.

Xəbər xətti