Millimiz "Paris-2024"ün təsnifat mərhələsinin yarımfinalına vəsiqə qazandı

12:53 - 13 Aprel 2024

Bu gün Honqkonqda 3x3 basketbol üzrə "Paris 2024" Olimpiadasına vəsiqə verən ilk təsnifat mərhələsinin növbəti qrup oyunları keçirilir.

Sportal.az xəbər verir ki, 3x3 qadın millimiz B qrupunda ikinci oyununu Monqolustan seçməsinə qarşı keçirib və 13-12 hesabı ilə qalib gələrək, adını yarımfinala yazdırıb.

Qeyd edək ki, 3x3 qadın millimizin qrupda sonuncu oyunu 13 aprel saat 13:45-də Niderland seçməsinə qarşı olacaq. Oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq

Xəbər xətti