"Zirə" yunan müdafiəçi ilə danışıq aparır

16:23 - 13 Aprel 2024

“Zirə” hansı legionerlərini saxlayacaqsa, indidən onlarla danışıq aparır.

Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi Dmitrios Çantakiası komandada saxlamağı planlaşdırır. Hazırda tərəflər arasında danışıqlar gedir.

“Zirə” yunan müdafiəçini minimum bir il komandada saxlamaq, onunla müqavilə müddətini bir illik arıtrmağı planlaşdırır. Danışıqlar zamanı hansısa problem çıxmasa, 29 yaşlı futbolçu növbəti sezona da “Zirə”də başlayacaq.

Qeyd edək ki, yunanıstanlı legioner “Zirə”yə 2020-ci il sentyabrın 5-də keçib. Çantakias Azərbaycana gələnə qədər “Panetolikos”, “Fokikos”, “Kerkira”, “Çerno More” komandalarında çıxış edib.

Xəbər xətti