"Səbail" - "Kəpəz" görüşündə sülh, "Sabah" "Qarabağ"ı məğlub etdi - YENİLƏNİB

20:54 - 14 Aprel 2024

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk görüşündə "Səbail" doğma meydanda "Kəpəz"i qəbul edib. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.

Tura "Sabah" - "Qarabağ" matçı ilə yekun vurulub. Burada ev sahibləri 3:2 hesablı qələbə qazanıb.

14 aprel (bazar)

"Səbail" – "Kəpəz" 3:3
Qollar:
 Pedro Nuno, 49, Aleksandr Ramalinqom, 53, Rüfət Abdullazadə, 73 - Elmir Tağıyev, 25, Latir Fal, 29, Mate Kvirkviya, 90
Qırmızı vərəqə: Adi Mehremiç, 90+2
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
"ASCO Arena", 16:30

"Sabah" – "Qarabağ" 3:2
Qollar: 
Amin Seydiyev, 16, Cesse Sekidika, 38, Tellur Mütəllimov, 56 - Leandro Andrade, 7, Nəriman Axundzadə, 76
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Bank Respublika Arena", 19:00

Xəbər xətti