"Qalatasaray" məşhur futbolçu ilə danışıqlara başladı

12:12 - 14 Aprel 2024

"Qalatasaray" yayda heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Betis"in futbolçusu Nabil Fekiri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" artıq 30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə danışşıqlara başlayıb. Məşhur futbolçu özü də "Qalatasaray"da oynamağa isti yanaşır.

Qeyd edək ki, "Betis" Nabil Fekiri 2019-cu ilin yayında 20 milyon avro qarşılığında "Lion"dan transfer edib. Fransalı oyunçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 193 rəsmi matçda 69 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti