Rəqibi yumruqla vuran futbolçuya 4 oyunluq cəza verildi

12:45 - 14 Aprel 2024

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda II Liqanın XX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

08.04.2024-cü il tarixində II Liqada XX turun “Kür-Araz” – “Dinamo” oyununda “Kür-Araz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilir (maddə 37);

08.04.2024-cü il tarixində II Liqada XX turun “Kür-Araz” – “Dinamo” oyunu bitdikdən sonra “Kür-Araz” klubunun 9 nömrəli futbolçusu Elxan Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Kür-Araz” klubu 200 manat cərimə edilir (maddə 43.1);

08.04.2024-cü il tarixində II Liqada XX turun “Kür-Araz” – “Dinamo” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kür-Araz” klubu 50 manat cərimə edilir (maddə 70.1);

08.04.2024-cü il tarixində II Liqada XX turun “Kür-Araz” – “Dinamo” oyununda “Dinamo” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilir (maddə 37);

08.04.2024-cü il tarixində II Liqada XX turun “Kür-Araz” – “Dinamo” oyunu bitdikdən sonra “Dinamo” klubunun 5 nömrəli futbolçusu Elxan Zeynalabdinzadə rəqibi yumruqla vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Dinamo” klubu 300 manat cərimə edilir (maddə 40.3);

09.04.2024-cü il tarixində II Liqada XX turun “Füzuli” – “Sheki City” oyununda “Füzuli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilir (maddə 37);

09.04.2024-cü il tarixində II Liqada XX turun “Göygöl” – “Baku Sportinq” oyununun 58-ci dəqiqəsində “Göygöl” klubunun 17 nömrəli futbolçusu Çingiz Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Göygöl” klubu 50 manat cərimə edilir (maddə 36.5);

09.04.2024-cü il tarixində II Liqada XX turun “Kürmük Qax” – “Ağdaş” oyununda “Ağdaş” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);

Xəbər xətti