Niderland millisinin üzvü "Beşiktaş"a keçə bilər

12:58 - 14 Aprel 2024

"Beşiktaş" müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, "qara qartallar" "Fulhem"də çıxış edən Kenni Tete ilə maraqlanır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş" İngiltərə klubu ilə müqaviləsi yayda başa çatan 28 yaşlı sağ cinah müdafiəçisini azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır. Futbolçuya "Qalatasaray" da maraq göstərir.

Qeyd edək ki, "Fulhem" Kenni Teteni 2020-ci ilin yayında "Lion"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti