Azərbaycan millisi Olimpiya Oyunlarına lisenziya qazandı

14:29 - 14 Aprel 2024

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyunlarına çıxıb.

Sportal.az xəbər verir ki, komanda əvvəlcə yarımfinalda Macarıstanla üz-üzə gəlib.

Azərbaycan millisi 21:19 hesabı ilə qalib gələrək finala yüksəlib. Digər yarımfinalda isə Polşa Niderlandı 20:12 hesabı ilə üstələyərək finala çıxıb. Finalda Polşaya 18:17 hesabı ilə qalib gələn  Azərbaycan millisi turnirin qalib olub və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Xəbər xətti