Mourinyo Premyer Liqaya qayıdır?

16:20 - 14 Aprel 2024

Joze Mourinyo yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Vest hem"i çalışdıra bilər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London təmsilçisi yayda Devid Moyesi istefaya göndərməyi planlaşdırır. "Vest Hem" yeni mövsümdə Joze Mourinyonu baş məqşçi postuna gətirmək istəyir. Premyer Liqa klubu 61 yaşlı məşqçi ilə danışıqlara başlayacaq.

Xəbər xətti