"Beşiktaş" təklif göndərməyə hazırlaşır: Qurban Qurbanov qalır, yoxsa gedir? - VİDEO

16:35 - 14 Aprel 2024

"Beşiktaş" baş məşqçisi Fernandu Santuşla yollarını ayırdı.

Verilən rəsmi məlumata görə, ayrılığa səbəb komandanın uğursuzluq zolağından çıxa bilməməsidir.

Bir müddət əvvəl "Sportinfo TV"nin aparıcı eksperti Elçin Cəfərovun "Beşiktaş" Qurban Qurbanova təklif göndərməyi düşünür" açıqlaması Türkiyənin gündəminə "bomba" kimi düşmüşdü. Qardaş ölkənin mediası bu xəbəri manşetə çıxarmışdı.

Elçin Cəfərov Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçisi postuna namizədliyi ilə bağlı ən son məlumatı paylaşıb.

Tanınmış jurnalist deyib ki, "qara qartallar"ın yeni yaradılan transfer komitəsi azərbaycanlı mütəxəssisin adını siyahıya əlavə edib:

"Son məlumatı diqqətə çatdırmaq istərdim. Qurban Qurbanov ən azı gələn mövsümü də "Qarabağ"da qalmağı üstün tutur.

Ona bir sıra klublardan təkliflər var. Ancaq "Beşiktaş" qarşıdakı günlərdə onunla görüşmək üçün təklif göndərəcək.

Futboldur, bilmək olmaz hadisələr necə cərəyan edəcək. Amma son məlumat budur ki, Qurban Qurbanov "Qarabağ"da qalmağı üstün tutacaq".

Sportinfo.az

Xəbər xətti