Azərbaycan Premyer Liqası: "Ayın qolu"nun müəllifi mükafatlandırıldı - VİDEO

17:23 - 14 Aprel 2024

“Ayın qolu” layihəsi çərçivəsində mart ayının qalibi olan Martins Juniora “Səbail” – “Kəpəz” görüşündən əvvəl mükafatlar təqdim olunub.

Sportal.az xəbər verir ki, ona mükafatları "ASCO Arena"da Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Qeyd edək ki, Martins Juniorun Premyer Liqanın 26-cı turunda "Neftçi"nin qapısına vurduğu qol ən yaxşı seçilib.

Xəbər xətti