Küçəyə Xabi Alonsonun adı veriləcək

18:08 - 14 Aprel 2024

Almaniyada küçələrdən birinə "Bayer"in baş məşqçisi Xabi Alonsonun adı veriləcək.

Sportal.az xəbər verir ki, Leverkuzendə "BAY Arena"nın yerləşdiyi küçəyə ispan məşqçinin adının verilməsi üçün fəaliyyətə başlanılıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Klub rəhbərliyi bunun üçün Leverkuzen bələdiyyəsinə müraciət edəcək.

Qeyd edək ki, "Bayer" bu gün "Verder"i məğlub edəcəyi təqdirdə klub tarixində ilk dəfə Almaniya çempionu olacaq.

Xəbər xətti