"Bayer" Almaniya çempionu oldu

23:08 - 14 Aprel 2024

Almaniya Bundesliqasında 2023/2024 mövsümünün qalibi məlum olub.

Sportalaz xəbər verir ki, "Bayer" mövsümün bitməsinə 5 tur qalmış çempionluğu rəsmiləşdirib. Leverkuzen təmsilçisi buna 29-cu turda "Verder"i 5:0 hesabı ilə məğlub etməklə nail olub.

Qeyd edək ki, bu, "Bayer"in tarixi ərzində ilk ölkə çempionluğudur.

Xəbər xətti