"Qalatasaray"ın legionerini "Napoli" istəyir

12:18 - 15 Aprel 2024

"Qalatasaray" bu mövsüm "Tottenhem"dən transfer etdiyi Davinson Sançez komandanı tərk edə bilər.

Sportal.az "Fotospor"a istinadla xəbər verir ki, kolumbiyalı müdafiəçi "Napoli"yə keçməyə hazırlaşır.

Hazırda tərəflər arasında danışıqlar başlayıb.  Neapol təmsilçisi Davinson üçün "Qalatasaray" 25 milyon avro təklif edib.

Amma Türkiyə nəhəngi bu məbləğlə razılaşmayıb. "Qalatasaray"da 27 matça çıxan təcrübəli futbolçu 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Sançez 2027-ci il iyunun 30-na qədər İstanbul klubuna məxsusdur.

Xəbər xətti