"Zirə" ilə görüşdə mütləq qələbə istəyirdik, ancaq iki xal itirdik"

12:49 - 15 Aprel 2024

"Sumqayıt"ın futbolçusu Rövlan Muradov Sportal.az saytına açıqlama verib.

O, komandasının Premyer Liqanın 30-cu turunda "Zirə" ilə görüşdəki 0:0 hesablı bərabərliyini şərh edib:

"Hansı komandaya qarşı oynadığımızı bilirdik. "Zirə" iddialı komandalardandır. Çətin olacağı dəqiq idi. Samir Abasovun verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. İndi bilmirəm nə qədər alındı. Hər halda, maksimum olsaydı, qələbə qazanardıq. Amma fürsətlərdən də istifadə edə bilmədik. Elə məqama daxil olmuşuq ki, xal qazanmaq mütləqdir. Mütləq qələbə istəyirdik. Maksimumu etməyə çalışdıq. Ümid edirəm ki, qarşıdakı görüşlərdə qələbə qazanarıq. Hər halda, "Zirə" ilə matçda iki xal itirdik".

Muradov, komandasının avrokuboklar şanslarını da dəyərləndirib. Bununla yanaşı, 31-ci turda "Turan Tovuz"la görüşdəki şanslarından söhbət açıb:

"Hər bir oyunçunun hədəfi olmalıdır. Bizim komandada hər kəs istəyər ki, avrokuboklarda oynayaq. Hansı şəhəri də təmsil etdiyimizi bilirik. Ümid edirəm ki, istəyimizə çatacağıq. "Turan Tovuz"la görüşdə maksimum nəticə göstərməyə çalışacağıq. Bilirik ki, "Turan Tovuz" da avrokuboklar zonasında olmağa iddialıdır. Yaxşı, ciddi hazırlaşıb, layiqli mübarizə apararaq xallar qazana bilərik".

Mirbağırağa

Xəbər xətti