"Bayer"in üzvü "Mançester Yunayted" və "Real" arasında seçim edəcək

13:34 - 15 Aprel 2024

"Bayer"in futbolçusu Ceremi Frimponq komandasını dəyişəcək.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Leverkuzen klubunun 23 yaşlı niderlandlı yarımmüdafiəçisi "Bavariya", "Real" və "Mançester Yunayted" klubları arasında seçim edəcək.

Bu mövsüm bütün yarışlarda 38 matçda 12 qol vurub, 11 məhsuldar ötürmə edən Frimponqun "Bayer"lə müqaviləsi 2028-ci ilə qədərdir.

"Transfermarkt" portalı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Xəbər xətti