Azərbaycan klubu braziliyalı futbolçusu ilə müqavilə müddətini artırmağı planlaşdırır

14:34 - 15 Aprel 2024

"Turan Tovuz" legionerlərdən biri ilə müqavilə müddətini artıracaq.

Sportal.az saytına verilən məlumata görə, Tovuz təmsilçisi Brunao ilə yeni müqavilə üçün razılıq əldə edib.

Belədə, tərəflər daha bir illik müqavilə üçün ortaq məxrəcə gəliblər. Braziliyalı müdafiəçinin müqavilə müddəti mövsümün sonuna qədər idi.

27 yaşlı futbolçu Azərbaycana gələnə qədər "Vila Nova", "Aroka", "Leykşoeş" klublarında oynayıb. O, mövsümün əvvəlində "Turan Tovuz"la müqavilə imzalamışdı. 

Xəbər xətti