"Şahdağ Qusar" 3 xalı 3 qolla qazandı - VİDEO

19:09 - 15 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXI turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şahdağ Qusar" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 44-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 13 xalı olan "Şəmkir" isə 12-ci yerdədir.

"Şahdağ Qusar" - "Şəmkir" 3:1
Qollar:
 Famil Camalov, 33, 49, Tural Qurbatov, 35 - Məzahir Əhmədov, 60

Xəbər xətti