Futbol üzrə Azərbaycan II Liqasında XXI turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Şahdağ Qusar" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 44-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 13 xalı olan "Şəmkir" isə 12-ci yerdədir.
"Şahdağ Qusar" - "Şəmkir" 3:1
Qollar: Famil Camalov, 33, 49, Tural Qurbatov, 35 - Məzahir Əhmədov, 60