PSJ milli üzvünü transfer etmək istəyir

19:55 - 15 Aprel 2024

PSJ yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Kristal Pelas"da çıxış edən Maykl Oliseni transfer etmək istəyir. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

22 yaşlı vinger özü də PSJ-də çıxış etmək istəyir. Liqa 1 təmsilçisi Olisenin transferi üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Kristal Pelas" Maykl Oliseni 2021-ci ilin yayında "Ridinq"dən transfer edib. Fransa U-21 millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti