"Mançester Siti" ispan futbolçu üçün 60 milyon avro ödəməyə hazırdı

20:51 - 15 Aprel 2024

"Leypziq"in futbolçusu Dani Olmo karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Mançester Siti" ispan hücumameyilli yarımmüdafiəçini transfer etməyi planlaşdırır. Bu barədə "Marca" nəşri məlumat yayıb.

İngiltərə klubu 25 yaşlı ön xətt oyunçusunun müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. Futbolçu ilə "Barselona" da maraqlanır.

Qeyd edək ki, "Leypziq" Dani Olmonu 2020-ci ilin yanvar ayında Zaqreb "Dinamo"sundan transfer edib. ispaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti