"Mançester Yunayted"in legioneri zədələndi

21:26 - 15 Aprel 2024

"Mançester Yunayted"in yarımmüdafiəçisi Antoni sıradan çıxıb.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, 24 yaşlı braziliyalı məşq zamanı zədələnib.

Braziliya millisinin üzvünün nə vaxt meydanlara qayıdacağı hələ ki, dəqiq deyil. Həkim nəzarətində olan Antoninin əməliyyat olunmaq ehtimalı da var. 

Antoni 2022-ci ilin yayında “Ayaks”dan İngiltərə klubuna keçib, O, bütün turnirlərdə 77 oyuna çıxıb, 10 qol vurub və 5 qolun ötürməsini verib.

Xəbər xətti